Grants and Opportunities for Youth Worldwide














Səfir Enn Ders Beynəlxalq Qadınlar Gününü GCE məktəbliləri ilə qeyd etdi

Beynəlxalq Qadınlar Günü münasibətilə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders və Ictimaiyyətlə Əlaqələr üzrə nümayəndə Dmitriy Taraxovski GCE proqramının 4 məktəbindən 20 şagird ilə görüş keçirtdi. Səfirlik Amerika Mərkəzi və IEARN-la əməkdaşlıq çərçivəsində səfirin şagirdlərlə görüşünü və qlobal qadın məsələlərini- qadın haqqları, təhsil və diskriminasiya kimi mövzularda müzakirəsini təşkil etdi. Iştirakçılar Azərbaycanda və ABŞ-da yaşayan qadınların həyat tərzini, ailədə kişi və qadın arasında məsuliyyət bölgüsünü müqayisə ətdilər. Daha bir sual Amerikada Islam və müsəlman qadınların haqqları və yaşayış tərzi ilə bağlı oldu. Həmçinin, şagirdlər Enn Dersə onun karyerası, ailəsi barədə şəxsi suallar da verdilər və Enn Ders gənc qızları həyatda tutduqları məqsədə doğru bütün maneələrə baxmayaraq addımlamağa həvəsləndirdi.

Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilmiş seminardan şəkillər


Ambassador Derse Celebrates International Women's Day
with GCE High School Students in Baku

In celebration of International Women's Day, Ambassador Ann Derse and Public Diplomacy Officer Dmitri Tarakhovsky met with 20 Global Connections high school students from four schools involved in the Global Connections program in Azerbaijan. The Embassy, in collaboration with the American Center and ECA grantee, iEARN, arranged for the Ambassador to discuss critical issues affecting women globally, such as women rights, education and discrimination. They also compared women's lifestyles in Azerbaijan and the U.S., particularly distribution of responsibilities between husband and wife in American families and the rights of Azerbaijani women. There was also a question on Islam in America and whether Muslims were discriminated against, which gave Ambassador Derse the opportunity to refute some misconceptions on this important subject. On a more personal note, Ambassador Derse answered questions about her career and encouraged the young Azeri women to pursue their goals with confidence.

International Women's Day celebration photos


IEARN Azərbaycan Yanvarda növbəti GCE seminarını keçirtdi

GCE proqramı çərçivəsində seminarda iştirak edən müəllimlər IEARN layihələri ilə tanış oldu və onlayn layihələrini dərslərinə inteqrasiya etməyi öyrəndi. Bakı Amerika Mərkəzində keçirilən iki günlük seminarda iştirakçılar IEARN layihələrinin məqsəd və vəzifələri ilə tanı ş oldular, IEARN Əməkdaşlıq Mərkəzindən istifadə etməyi öyrəndilər, Mini Qrant layihələri, Icma layihələri ilə tanış oldular. Iştirakçılara bütün məlumatı əks etdirən materiallar paylandı. Həmçinin, müəllimlər qeydiyyatdan keçdikdən sonra layihələr seçərək gələcək iş planını yaratdılar.

Yanvarda keçirilmiş seminardan şəkillər


IEARN Azərbaycan növbəti GCE seminarını keçirtdi

Noyabrın 15 və 16-da daha 19 müəllim GCE proqramı çərçivəsində seminarda iştirak edərək IEARN layihələri ilə tanış oldu və onlayn layihələrini dərslərinə inteqrasiya etməyi öyrəndi. Bakı Amerika Mərkəzində keçirilən iki günlük seminarda iştirakçılar IEARN layihələrinin məqsəd və vəzifələri ilə tanış oldular, IEARN Əməkdaşlıq Mərkəzindən istifadə etməyi öyrəndilər, Mini Qrant layihələri, Icma layihələri ilə tanış oldular. Iştirakçılara bütün məlumatı əks etdirən materiallar paylandı. Həmçinin, mü əllimlər qeydiyyatdan keçdikdən sonra layihələr seçərək gələcək iş planını yaratdılar.

Növbəti seminar Yanvar ayına planlaşdırılıb və iştirak etmək istəyənlər bizimlə əlaqə saxlasınlar:
Ülkər KazımovaIradə Səmədova

Noyabrın ayında keçirilmiş seminardan şekillər


IEARN müəlliməsi Şükufə Nəcəfova TEA proqramının qalibi oldu

Şükufə Nəcəfova Ismayıllı şəhərinin 1 saylı məktəbində Ingilis dili müəllimi işləyib və 2004 – cü ildən həmin məktəbdə Project Harmony təşkilatının internet mərkəzinin yaradılması bu məktəbin bəzi müəllimləri kimi onun da dərs tədrisində dəyişikliklər yaratdı. Tədricən komputer və internetin geniş imkanlarvnı öz dərslərinə tətbiq etməyə başladı və daha yaxşı effekti gördükcə müxtəlif layihə və proqramlara qoşuldu.

IEARN və GCE proqramı ilə tanışlığı 2007-ci ildə seminardan başladı və Onlayn Professional Inkişaf kursunu uğurla bitirərək “Master teacher” sertifikatı aldı. Şükufə müəllimə IEARN proqramının onlayn layihələrini dərslərinə uğurla tətbiq edib və bunun nəticəsi olaraq şagirdləri ilə birgə iştirak etdikləri “Xalq Nağılları” layihəsinin kitabında işləri çap olunub.

GCE proqramının Mini Qrant layihəsində iştirak edərək “Ibtidai siniflər üçün Ingilis dili otağı.” layihəsi üçün qrant əldə edib. Informasiya texnologiyalarını dərslərinə daxil etməsi onu öz resurslarını yaratmağa həvəsləndirib və qazandığı təcrübəsi ona TEA proqramının qalibi olmağa və ABŞ-da 6 həftəlik təcrübə mübadiləsi keçməyə yol açdı.

Bu səfər zamanı konfransda, bir neçə Amerika məktəblərində dərslərdə, seminarlarda iştirak edərək ordakı dərs proqramı ilə tanış oldu. Konfrans və seminarlarda Şükufə müəllimə təqdimatlar edərkən şagirdləri ilə iştirak etdikləri IEARN layihələri ilə digər müəllimləri tanış etdi, və gələcəkdə bu layihələrdən birində əməkdaşlıq etməy planlaşdırır.

2008-ci ildə Azərbaycanda Ilin müəllimi adına layiq görülən Şükufə müəllimənin bu uğurlarında müəyyən qədər bizim də rolumuz olduğuna ümid edirik və belə müəlimlərimizlə fəxr edirik.

Şükufə Nəcəfova TEA proqramının Amerika məktəblərində şekillər


IEARN teacher Yegana Mitalova conducted “Collaborative Lesson” workshop

November 20th, 2008 I conducted my workshop titled “Collaborative Lesson”. As you know, today’s world is connected with new technology systems. It means a lot for us. Our students searched their school, and prepared a presentation. First, they formed two groups to study the school. They are: Sitare Abdulova, Gulnise Bunyatova, Cavid Agaliyev, Farid Ganiyev, Subhu Mikailzade, Zaur Hacimemmedli, Lale Resulova, Dilare Resulova and Behram Hesenov. They searched our school for three weeks, and prepared their presentations. They introduced their work during the workshop. I must say, as a result, the students received much more experience in the life of their education. They will grow-up as useful and good citizens in their country. They can integrate into the world’s educational system, find friends, and they will have opportunities to study abroad communicating with other people in the world. They will know what respect, recognition and help really are. I want to remind Newton’s quotation: “People are lonely because they build walls instead of bridges.” But, contrary to his expectations our students will build bridges among countries and people with work like this.

After this workshop, I can see that what the students needed they received. They proved to me and our guests that they could do research perfectly. All our guests enjoyed the work from the students and liked their presentations very much. Guests thanked me for my work with these students because the students implemented what they had learned during their training. We saw students from other schools participate in our workshop. Teachers from other schools invited us to help them begin work such as ours. Finally, I feel we have a chance to open many new doors to benevolent work and interesting projects for the future.

Thanks,
Yegana Mitalova


IEARN müəlliməsi Ülviyyə Tahirovanın FASE xətti ilə Londona səfəri

12 Noyabr 2008-ci il Britaniya Parlamenti Lordlar Palatasında FASE (Forum of Azerbaijani Students in Europe) London tərəfindən azərbaycanlı tələbələrin ilk forumu - "Make A Difference" forumu kecirildi. Yeni nəsil Azərbaycanın gələcəyi ilə bağlı fikrini, baxşını və həyəcanını bölüşdü. Gələcək bizim bugün etdiklərimizdir lozunqu ilə başlayan bu forumda Ismayıllı şəhərindən gənc müəllimə ülviyyə Tahirova da iştirak etdi. Lordlarla görüş zamanı bir təhsil işçisi kimi Ülviyyə müəllimə təhsil barədə suallar verdi və özünün IEARN-da və başqa proqramlarda iştirakı zamanı qazandığı təcrübəsi haqda danışdı. Tədbir iştirakçıları Azırbaycanın Ingiltərədəki səfiri ilə görü şdülər, Azərbaycan evinin açılışında iştirak etdilər.

Britaniya ilə yanaş ı Azərbaycandan və Avropanın müxtəlif ölkələrindən gəlmiş tələbə və gənc mütəxəssislərin, rəsmi və qeyri rəsmi qonaqların iştirakı ilə keçirilmiş forum başa çatsa da, forum həyəcanı hələ də davam etməkdədir.

Ülviyyə Tahirova Londonda olan şekillər

© 2008 iEARN Azerbaijan