Grants and Opportunities for Youth Worldwide



IEARN-da Professional Inkişaf

IEARN müəllimlərə layihələri dərslərinə daxil edərkən onlara lazım olan texnologiya, əməkdaşlıq və təşkilatç ılıq bacarıqları öyrədən onlayn və üz üzə professional inkişaf kursları təklif edir.

Foto Galereya
Onlayn Professional Inkİ şaf Kursları
iEARN onlayn professional inkişaf proqramı bir sıra IEARN ölkələri arasında əməkdaşlıqdır və 2001-ci ildə beş mövzu ilə başlayıb. Ildə iki dəfə təklif edilən, doqquz həftəlik bu kurslar və ya “virtual seminar” dünyanın müxtəlif yerlərindən müəllimləri bir araya toplayır.

Kurs asinxrondur, yəni müxtəlif vaxtları əhatə edir. Bu o deməkdir ki, iştirakç ılar həftəlik tapşırıqları yerinə yetirmək üçün özlərinə uyğun vaxt seçirlər. Bununla belə kurslar çox interaktivdir və kurs boyunca ünsiyyət davamlıdır. Hər kurs 25 iştirakçı və 2 fasilitatordan ibarətdir. Iştirakçılar IEARN müzakirə forumları vasitəsilə ünsiyyətdə olaraq tapş ırıqları, oxu materilllarını müzakirə edir, fasilitatorlardan və digər iştirakçılardan onların fikirlərini öyrənirlər.

Və ya, 2007-2008 ci il Layihə Kitabını yükləyə bilərsiniz. Hər kurs səkkiz modula bölünüb (hər həftə bir dərs), oxu materialları, müzakirələr, fərdi və qrup tapşırıqlarından ibarətdir. Dərslər və tapşırıqlar iştirakçıları addım addım onlayn əməkdaşlıq layihəsini öz dərsinə daxil etmək prosesinə aparır. Iştirakçılar onların yerli/dövlət/milli standartlarına uyğun olan layihəni seçir və kurs ərzində onu dərsinə daxil etməyə başlayır.

Bu onlayn kurslar ödənişlidir və Azərbaycan müəlimlərinin iştirakı üçün təqaüdlər təklif olunur. 2008-2009-cu il üçün elan ediləcək təqaüdlər haqqında məlumat əldə etmək üçün saytımızın Xəbərlər bölməsini daim izləyin.

Daha çox məlumat üçün

Üz üzə seminarlar
iEARN 1988-ci il başlanğıcdan bu vaxta qədər 50 000 müəllimə təlim keçib. Seminarlar Internetə əsaslanan öyrənmə proqramlarında iştirak etmək üçün lazım olan texniki, əməkdaşlıq, və tə şkilati bacarıqları əhatə edən mövzularda hazırlanır. Seminarda iştirak edən hər bir məəllim IEARN layihələri, Əməkdaşlıq Mərkəzi barədə geniş məlumat alır, forumdan istifadə ətmək, qeydiyyatdan keçmək, şagirdlərini foruma qeydiyyat etmək kimi texniki bacarıqlar da əldə edirlər. Əsas məqsəd isə müəllimlərimizi Informasiya Texnologiyalarından istifadə etməklə onlayn layihələri dərslərinə daxil etməyə həvəsləndirməkdir.
Seminarları uğurla bitirən hər bir iştirakçı öz sinfinə Internetə əsaslanan layihələrə qoşulmağa kömək göstərə biləcək.
2008-2009-cu illərdə keçirilməsi planlaşdırılan seminarların elanı üçün saytımızın Xəbərlər bölməsini daim izləyin.

Əlavə onlayn professional inkişaf resursları-məlumat kitabı, seminar alətləri üçün baxın

© 2008 iEARN Azerbaijan