|
 |
I*EARN- International Education and Resource Network
Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi
|
iEARN dünyanı fərqli etmək üçün qlobal telekommunikasiya şəbəkəsi vasitəsilə 120 ölkənin 20 000 müəlliminin və 2 milyon gəncinin layihələrdə əməkdaşlığ ınıdəstəkləyən qeyri gəlirli şəbəkədir. 1988-ci ildən bəri iEARN ilk olaraq şagirdləri onlayn məktəb əlaqələrinə həvəsləndirərək onları dünyanın hər bir ölkəsindən həmyaş ıdları ilə bir araya gətirəcək maraqlı təhsil layihələrinə cəlb edir. iEARN nədir:
- gənclərin ünsiyyət yarada biləcəkləri sağlam və möhkəm muhit
- öyrədən və öyrənənlərin icması
- məqsədli yazan və oxuyan auditoriya
- biliklərini layihələrdə sınamaq fürsəti
- mədəni fərqli icma
Qoşulduqdan dərhal sonra müəllim və şagirdlər Əməkdaşlıq Mərkəzinə daxil olaraq digər iştirakç ılarla tanış olurlar və öz həmyaş ıdları tərəfindən yaradılan layihələrə qoşulurlar. Hər hansı kurrikulum və ya fənn ehtiyaclarını odəməsi məqsədilə hər bir layihə “bu layihə planetdə həyatın keyfiyyətinə necə təsir göstərəcək?” sualına cavab verməlidir. Bu məqsəd iEARN-ı birlikdə saxlayan amildir. iEARN layihələrində iştirak etməklə şagirdlər yerli və dünya məktəbliləri ilə əməkdaşlıq etmək bacarı ğını inkisaf etdirir və icmada tutduqları müsbət və vacib mövqenin əhəmiyyətini başa düş ürlər.
IEARN Azərbaycanda fəaliyyətini 1998-ci ildə Bakı məktəbi ilə başlayıb və daha sonra Sumqayıt, Gəncə, Mingə çevir, Səki, Lənkəran, Ismayıllı məktəbləri də proqrama qoşulub. Azərbaycan müəllim və şagirdlərinin IEARN layihələrində uğurları çox olub və müəllim və şagirdlərimizdən ibarət nümayəndə heyəti IEARN proqramının Keyp Taunda (CAR), Moskvada (Rusiya), Avacidə (Yaponiya) keçirilən Illik Konfransında və Gənclər Samitində iştirak edərək ölkəmizi təmsil ediblər. 2007-ci ildə Qlobal Əlaqələr və Mübadilə Proqramında iştirak etmək ücün ABS Dövlət Departamenti Təhsil və Mədəni Ə laqələr Bürosu tərəfindən IEARN Azərbaycana qrant verildi. Bu proqram cərçivəsində artıq 40 orta məktəb müəllimi IEARN layihələrinə qoşulmaq, onları öz dərslərinə daxil etmək və Informasiya Texnologiyalarından dərslərdə necə istifadə etmək barədə seminar keçib.
|
|
|